“Gilavar” qrupu: “Quyruğumuzu tapdalayanın başını tapdalayacağıq” - VİDEO
    • 14-01-2019, 14:00
    • 1 001

“Gilavar” qrupu: “Quyruğumuzu tapdalayanın başını tapdalayacağıq” - VİDEO

“Gilavar” qrupu hazırda şou-biznesdə olan qrupları tənqid edib.

News24.az xəbər verir ki, həmkarlarını qeyri-peşəkarlıqda ittiham edən qrup üzvləri onlara söz atanları hədələyib:

“Qruplarda 3 nəfər ifa edir, amma bir nəfərin səsi eşidilir. Başa düşürəm insan xəstə ola bilər, xaric oxuyar, səsi yerində olmaz. Bunlar normaldır. İnsan vücududur və ətdəndir.

3 nəfərdən yalnız birinin eşidilməsi qeyri-peşəkarlıqdır. Bizdə də olub ki, ya mən ya da digər uşaqlar xəstə olublar. Lakin bunu hər dəfə etmək olmaz.
Bizə kənardan daş atırlar. Quyruğumuzu tapdalayanın başını tapdalayacağıq. Bu sözümün də arxasındayıq”.

Teymur MƏMMƏDOV
Video: Səməd AĞAYEV