"Nəcibə Axundovaya şans vermək üçün müəyyən əsaslarımız var"- Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI
    • 25-11-2022, 15:44
    • 144

"Nəcibə Axundovaya şans vermək üçün müəyyən əsaslarımız var"- Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

"Sosial mediada müxtəlif iddialar səslənir. 45 nömrəli məktəbin direktorunun 35 nömrəli məktəbə təyin olunmağı istisna olmaqla başqa qalmaqallı direktorların təyinatı olmayıb".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, məktəb direktorları təyin olunanda onların təcrübələrini nəzərə alınıb, uyğun məktəb tapılır: "Həmin direktor əvvəl kiçik məktəbdə çalışıbsa kiçik, böyük məktəbdə çalışıbsa, böyük məktəbə təyinat edirik. 1 il direktorlara vaxt veririk, daha sonra onların işlərinin keyfiyyətinə baxırıq. Direktorlarla bağlı neqativ hal olanda araşdırılır. 

Nəcibə Axundovaya bir güzəşt edib, ona şans verdik. Həmin direktora yenidən şans vermək fikrimcə, səhv qərar deyil. Bu şansı vermək üçün müəyyən əsaslarımız var".