"Qızıl gülə batasan" - TƏQDİMAT
    • 26-11-2022, 00:22
    • 388

"Qızıl gülə batasan" - TƏQDİMAT

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Qayıdış " İctimai Birliyinin layihəsi əsasında çəkilən  "Qızıl gülə batasan" adlı  qısametrajlı bədii filmin İmişli şəhər 7 saylı orta məktəbdə təqdimat mərasimi keçirilib.

News24.az-ın xəbərinə görə, İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahim Zahidov, rayon təhsil sektorunun müdiri Vahid Tağıyev, İmişli rayon Polis şöbəsinin əməkdaşı Cavanşir Bayramov, Şahin Əliyev və "Qayıdış" İctimai Birliyinin sədri Hasil Tağıyev çıxış edərək narkomaniyanın insan həyatına gətirdiyi bəlalardan, dəhşətlərindən danışıblar.

Filmin ssenari muallifi Xaqani Əliyev bildirib ki, ekran əsəri zamanın ən böyük bəlalarından biri olan narkomaniya ilə mübarizəyə dəstək məqsədi ilə çəkilib.

Qeyd edək ki, narkotikin əsirinə çevrilən gənc qadının başına gələn dəhşətlər, intihar cəhdi və daha sonra xeyirxah insanlar tərəfindən xilas olunmasından bəhs edən film insanları əzablarla dolu, sonu faciə, ölümlə bitən bəladan uzaq olmağa,  zərərli vərdişlərdən çəəkinməyə, çağırır.

Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.