Bakıda şok hadisə: GİZLİ KAMERALI eynəkləri satan şəxs tutuldu
    • 30-11-2022, 15:10
    • 11 489

Bakıda şok hadisə: GİZLİ KAMERALI eynəkləri satan şəxs tutuldu

Bakıda gizli çəkilişlər və digər məqsədlər üçün nəzərdə tutulmuş və satışı qanunla qadağan edilmiş qurğuları satan şəxs tutulub.

News24.az-ın əldə etdiyi məlumata görə, paytaxt ərazisində kompüter ustası kimi fəaliyyət göstərən Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Ramil Əhmədli (soyad şərtidir) barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 302.3-ci(Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ramil aliexpress.com saytında qeydiyyatdan keçib və WIFI quraşdırılmış kamera ilə təchiz edilmiş və gizli çəkilişlər üçün nəzərdə tutulan eynəkləri sifariş edib. Həmin sifarişləri əldə etdikdən sonra o, özünə məxsus instaqram səhifəsi varisətilə tanış olduğu şəxsə qurğuları aldığı qiymətdən qat-qat baha qiymətə satıb. Sonradan o, bir neçə belə sifarişlər götürüb.

Ramilin gizli videoçəkiliş aparan eynəklər satması üzə çıxdıqdan sonra o, saxlanılıb və barəsində cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi bir neçə gün əvvəl onun barəsində hökm çıxarıb və təqsirləndirilən şəxsə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.