-
- 1-12-2022, 19:33
- 638
“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirildi
Məişət zorakılığı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da geniş yayılmış problemdir. Təəssüf ki, bu gün bir çox ailələrdə məişət zorakılığı özünü müxtəlif formalarda büruzə verir. Bəzi ailələrdə fiziki, cinsi şiddət, bəzilərində isə psixoloji təzyiq və təcridedilmə kimi özünü göstərir.
Aparılan tədqiqatlara əsasən, məişət zorakılığı qurbanlarının 95%-ni qadınlar təşkil edir. Məhz bu səbəbdən bir çox hallarda məişət zorakılığı probleminə gender aspektindən yanaşılır. Əslində bu, yalnız qadınlara aid deyil və bu üzdən tam gender əsaslı sayıla bilməz. Çünki məişət zorakılığının qurbanları sırasında nikah və ya digər cinsi münasibətdə olanlarla yanaşı, valideynlər, uşaqlar və ailə daxilində yaşayan digər şəxslər də var.
Məişət zorakılığı və ya ailədə olan zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdiddir.
Dekabrın 1-i “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə məhz bu problemlər - cəmiyyətin təhlükəsizliyini təhdid edən narkomaniya və məişət zorakılığını doğuran səbəblər və onların aradan qaldırılması istiqamətində atılmalı olan addımlar müzakirə edilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.
Tədbirdə öncə Azərbaycan respublikasının himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Ardınca tədbir təşkilatçısı, “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva söz alıb. O bildirib ki, narkotik bəladır, insanı məhv edir, öldürür və cinayətə sürükləyir: “İnsanın cəmiyyətdə qəbul edilməyən gizli həvəslərə düşməsi onda zərərli vərdişlər yaradır. Qəbul edilən, mübaliğəsiz bir reallıq da var, insan vərdişlərinin övladıdır. Yaranan vərdişin nəticəsində insan narkotik aludəçisidirsə, talehin işi deyil, seçimdir. Şəraitin, mühitin də burda payı var. Axı, insan həyat üçün şəraitə və hallara tabe olmaya bilər, onda təbii ki, nəticə də olmaz. Heç kim düşünməsin ki, mənim övladım bunu etməz.
Narkotik vasitələrlə əlaqəli cinayətkarlığa biz təkcə cəza ilə deyil, həmçinin insan orqanizminin fəaliyyətinə pis, mənfi halları yaradan mühiti iflic edən vasitələrlə çıxmalıyıq. Bizdən nə asılıdır – biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik. Əgər narkomaniya xəstəlikdirsə, şəxsiyyət pozğunluğudursa, nə etməliyik? Bu sualların cavabı var. Cavablar əməli fəaliyyətimizlə üst-üstə düşürmü? İmkanlar tükənməyib, imkanlar var”.
Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev çıxış edib. O vurğulayıb ki, 6718 nəfər narkotik vasitələrlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib: “9409 nəfərdə cinayət faktı aşkarlanıb. Aşkar olunan 3 ton 186 kiloqram narkotik vasitənin 310 tonu isə psixotrop maddədir.
Cəmiyyətin hər bir üzvü narkotiklə mübarizədə birgə fəaliyyət göstərməlidir. Həyata keçirilən tədbirlərin əsas məqsədi də insanları, xüsusulə də gəncləri zərərli vərdişlərdən uzaq tutmaqdır. Ümumi cinayət faktları ilə bağlı statistika göstərir ki, cinayət xarakterli əməllərdə narkotik vasitələrin payı var”.
Ombudsman Aparatının rəhbəri Səbinə Əliyeva isə qeyd edib ki, narkomaniya yoluxucu bir xəstəlikdir: “Bu xəstəlik zəncirvaridir. İnsan həyatı üçün ciddi təhlükə yaradan, sağlamlıq, hüquqların pozulması kimi nəticələr yaradan narkomaniya sosial inkişafa neqativ təsir göstərir. Burada maarifləndirmə işinin gücləndirilməsi, yeni üsulların tətbiqi mühüm rol oynayır. Mənim üçün ən ağır məsələlərdən biri qadınlarımız arasında narkomaniyanın geniş yayılmasıdır. "Ana", "qadın" obrazını cəzaçəkmə müəssisəsində görəndə şok keçirirəm. Onlara hər zaman deyirəm ki, "neçə ananı gözüyaşlı qoymusunuz, bunu düşünürsünüzmü?" Bu suala cavab tapa bilmirəm. Biz birlikdə işçi qrup yaradaraq çalışmalıyıq ki, bu hallar baş verməsin. Qadınlar bizim gələcək genofondumuzun təməlində duran şəxslərdir. Narkomaniya ilə mübarizədə cəmiyyət olaraq hər birimizin məsuliyyəti var. Bir çox hallarda biz ictimai müzakirə edirik. Amma burada ictimai qınaq olmalıdır”.
İnsan Hüquqları üzrə Müvəkkil əlavə edib ki, yeni sintetik narkotik vasitələr daha sürətlə yayılır: “Bu maddələrdən istifadə edən şəxslər daha aqressiv olurlar. Bu, tək bir ailənin deyil, həm də bir nəslin faciəsidir. Narkomaniya və digər zərərli vasitələrə düçar olan şəxslərin ailələrində məişət zorakılığı özünü büruzə verir”.
Ombudsman əlavə edib ki, uşaqların gözü önündə psixoloji zorakılıq baş verdikdə onlara mənəvi zərbə vurmaqla,yanaşı həyatlarına da zərbə vurulur: “Bir çox hallarda belə ailələrdə intihar halları ilə rastlaşırıq.
İstər narkomaniya, istərsə də məişət zorakılığının artmasında sosial şəbəkələrin mühüm rolu var. Bu nüansı nəzərə alaraq zorakılıq halları olan məlumatlar dərc edilərkən daha həssas yanaşılmalıdır. Bu istiqamətdə sosial şəbəkələrdə və internet saytlarında davamlı monitorinqlər aparılmalıdır”.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov qeyd edib ki, bu ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı 1100-dən çox cinayət hadisəsi qeydə alınıb. O bildirib ki, həmin hadisələr üzrə 1088 nəfər (893 qadın, 195 kişi olmaqla) xəsarət alıb, 55 nəfər isə ölüb: “2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 50 qəsdən adam öldürmə cinayəti baş verib, bu cinayətlər nəticəsində 12 kişi, 39 qadın həyatını itirib, 3 kişi, 1 nəfər qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2022-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində 14 qəsdən adam öldürməyə cəhd cinayəti baş verib, bu cinayətlər nəticəsində isə 1 kişi, 16 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Millət vəkili Sabir Rüstəmxanlı ritorik çıxışı ilə diqqət çəkib: “Narkomaniya və məişət zorakılığı yalnız hüquq-mühafizə orqanlarının mübarizəsi ilə həll olan problem deyil. Həmişə yaxınlarıma demişəm ki, iki məsələyə görə yanıma gəlməyin: Bir narkotik, iki fərarilik. Narkotik silah alveri kimi bir şeydir. Dünyanın ən böyük dövlətləri, ən tanınmış milyardleri narkotik biznesi ilə məşğuldur”.
O bildirib ki, narkotik bir atom kimi dünyanın başından asılmış bəladır: “Cənub rayonlarında narkotik vasitələrinin təbliği daha üstünlük təşkil edir. Narkotik vasitələrdən istifadə başqa cinayətlərə də yol açır. İnsanların sağlamlığını əlindən alır, ailələr dağılır, cinayətlərə sövq edir. Narkotika vətən xainliyinə qədər gedir. Adamlar var ki, narkotik vasitəni almaq üçün ailəsini, arvadını satır.
Avropadan gələn nikahsız ailə qurmaq, övlad dünyaya gətirmək, eyni cinslə münasibət qurmağın sonu yoxdur. Ailələrin pozulmasının bir səbəbi də müəyyən gözəllik vasitələrindən istifadədir. Azadlıq istədiyini etmək deyil. Əxlaq çərçivələrində azadlıq olmalıdır”.
Millət vəkili vurğulayıb ki, ailə zorakılıqlarının bir hissəsi maddi sıxıntılarla bağlıdır: “Sosial sıxıntılar zorakılığa zəmin yaradır”.
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə reabilitasiya mərkəzlərinin önəmindən danışıb: “Bizim sığınacaq yedizdirib, içizdirmək üçün deyil, reabilitasiya üçün nəzərdə tutulub. 10-18 yaşlarında əsasən, qızları qəbul edirik. Bu ilin statistikası onu göstərir ki, narkotiklə mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil”.
K.Ağazadə fikirncə, son illər o qədər narkotik aludəçisi, satanı, daşıyanı həbsxanalarda yer alıb ki, bir müddətdən sonra ən böyük partlayış orada olacaq: “Çünki narkotik istifadəçiləri həbs edildikdən sonra onlarla heç bir reabilitasiya aparılmır. Ancaq reallıq budur ki, o şəxslər həbsdə günləri sayır ki, azadlığa çıxdıqdan sonra yenidən o maddələrdən istifadə etsinlər.
Narkotik vasitələrdən asılılıq düzəlmir. Azərbaycanda iki reabilitasiya müəssisəsi var. Onların hansı standartlarla işlədiyini bilmirik. Qiymətləri çox bahadır, özəldir. Narkotiklə davamlı mübarizə aparılmalıdır. Reabilitasiya mərkəzlərinin sayı artmalıdır. Çox sayda oxşar mövzuda tədbirlərdə iştirak edirəm. Amma mövzular orada da qalır.
Uşaqların narkotik istəyinin başqa istəyə çevrilməsi mexanizmini işləyib, ortaya çıxara bilmirik”.
İlahiyyatçı alim Hacı Şahin Həsənov narkotiklə mübarizədə mənəvi təmizliyin mühüm rol oynadığını dilə gətirib: “Narkomaniya günümüzün böyük bəlalarından biridir. Ciddi mübarizə aparılır, amma təssüf ki, tamamilə kökünü kəsmək mümkün olmur.
Narkotik vasitələrə tələb olmasa, təklif də olmaz: “Mövzu mənəvi və psixoloji səbəblərlə bağlıdır. Tibbi vasitələrlə biz bədənin asılılığını azalda bilərik, amma mənəvi təmizliklə problemi aradan qaldıra bilərik. Bu problemin həlli üçün ictimai məsuliyyətdən danışmalıyıq. Cəmiyyəti ailə kimi təsəvvür etməliyik. Dinimizin yanaşması da budur.
Gənclərdə həyat haqqında düzgün təsəvvür formalaşdırılmalıdır. Onlara aşılanmalıdır ki, həyat çətinliklərədən ibarətdir. Həyatın gözəlliyi də bu çətinliklərdədir. Gənclər ləzzət axtardıqca, problemləri daha da artır. Onların örnəklərə ehtiyacı var. Şəhidlərimiz, qazilərimiz, idman sahəsində uğur qazanan şəxslər nümunə göstərilməlidir. Bu kimi məsələlərin həllində inamın rolu böyükdür. İnsan nə üçün yaradıldığını bilərsə, anlayarsa, o, daha məsuliyyətli həyat yaşayar”.
Millət vəkili Arzu Nağıyev deyib ki, sintetik maddələrdən istifadə qızlar arasında daha çox yayılıb: “Onlar arıqlamaq üçün bu maddələrdən istifadə edirlər. Narkomaniyanı tamamilə yox etmək mümkün deyil. Bu bəla ilə ancaq ümumdünya şəklində mübarizə apara bilərik.
Azərbaycanda narkotik maddələrin satışının əsas səbəbi də Azərbaycanın İranla sərhəddə yerləşməsidir”.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov qeyd edib ki, bioloji, sosial, psixoloji amillər narkominayaya meyillənmədə rol oynayır: “Narkomaniya bəlasından heç kəs sığortalı deyil. Narkomaniyada ən mənfi cəhət istifadəçilərin yüngül narkotikdən ağıra keçməsidir. Narkotik 1-2 ilə asılılıq yaradırsa, sintetik narkotik 1-2 həftə ərzində aslılıq yaradır”.
Baş direktor onu da bildirib ki, yeniyetmələrdə tez-tez əhval-ruhiyə dəyişirsə, bu, valideynlərə mesaj olmalıdır: “Yeniyetmələrin ruhi vəziyyəti anidən dəyişirsə, əhvalı yaxşı olduğu halda anidən ağlayırsa, kədərlənirsə, valideyn uşaqlarının istifadəçi ola biləcəyindən şübhələnməlidir”.
O əlavə edib ki, valideynlər kiçik yaşlarından uşaqlarla maarifləndirmə işi aparmalıdır: “Tövsiyə edirəm ki, valideynlər daim məktəblə əlaqədə olsunlar. Övladlarına verdikləri pulun, getdikləri yerin hesbatını tələb etsinlər”.
“Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı bildirib ki, məişət zorakılığı və narkotik asılılığı bütün cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətimizdə də önəmli problemdir: “Bu məsələlərdə maarifləndirmə işinin önəmi böyükdür. Məişət zorakılığı ilə bağlı məsələlər mediada daha çox reklam xarakteri kimi təbliğ olunur, qeyri-peşəkarlıqdır. Belə xəbərlər verilərkən çox həssas olmaq lazımdır. Sonda qeyd kimi neqativ nəticələr yazılmalıdır”.
Media kapitanı narkotik və məişət zorakılığı ilə mübarizədə sosial çarxların mühüm rol oynadığını deyib: “Bəzi regionlarımızda internet zəif olduğundan televiziya yayımlarından istifadə edə bilərik”.