Trampın dayandırdığı yardımı Bayden qəsdən bərpa etdi
    • 7-04-2021, 18:33
    • 533

Trampın dayandırdığı yardımı Bayden qəsdən bərpa etdi

ABŞ-ın prezident administrasiyası Fələstinə 150 milyon dollarlıq yardım paketi verməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Dövlət Departamentinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi vasitəsi ilə 150 milyon dollarlıq yardım elan edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın 45-ci prezidenti Donald Tramp Fələstinə bu cür dəstəyin verilməsini dayandırmışdı. Mövcud ABŞ hökuməti isə qəsdən bu qərarı ləğv edib.