Gəncədə dəhşətli hadisə - Narkotik qəbul edəndən sonra öldü
    • 5-12-2022, 14:05
    • 203

Gəncədə dəhşətli hadisə - Narkotik qəbul edəndən sonra öldü

Gəncə şəhərində 37 yaşlı kişi qəfil ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Məhsəti küçəsindəki evdə qeydə alınıb. Həmin qəsəbədə kirayədə yaşayan 1985-ci il təvəllüdlü H.Mahmudov dekabrın 3-də günorta müəmmalı şəkildə dünyasını dəyişib.

Dərhal hadisə barədə araşdırmalara başlanılıb və ilkin araşdırmanın nəticəsində onun qəbul etdiyi narkotik vasitənin təsirindən öldüyü məlum olub.

Qeyd edilib ki, H.Mahmudov xeyli vaxt imiş ki, narkotik vasitə qəbul edirmiş.

Araşdırma tədbirləri davam etdirilir.

Taleh Bağırov