-
- 5-12-2022, 15:20
- 433
“İran Azərbaycanla münasibətləri YAXŞILAŞDIRMAQ İSTƏYİRSƏ, bunu etməlidir...” – ŞƏRH
“İran tərəfi hələ də media resurslarında Azərbaycanı və siyasətçilərimizi hədəf alaraq, etik çərçivələrə sığmayan məqalələr və mətnlər paylaşmaqdadır. İrandakı siyasi dəyişikliklərdən sonra biz görürük ki, Azərbaycanla bağlı tamamilə radikal çıxışlar edilməyə başlandı. İran aşkar şəkildə Azərbaycanı təhdid etdi. Ancaq onlar yaxşı başa düşürlər ki, Azərbaycanı təhdid edən İran hazırda hansı daxili və xarici çağırışlarla üz-üzədir. Ümumilikdə isə heç bir təhdid aradan qaldırılmayıb. İran Azərbaycan üçün hər zaman çağırış olaraq qalacaq”.
Bunu News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert sözlərinə belə davam edib: “İran tərəfi çalışmalıdır ki, Azərbaycanla siyasətdə yeni münasibətlərin əsasını qoysun. Oxşar nümunəni biz Avropa ölkələrində gördük. Onlar arasında müəyyən mənada ixtilaflar və konfliktlər aradan qalxdı. Biz bunu regionumuzda da görməliyik. Hər kəs gələcəyə baxmalıdır və dövlətlər bir-birlərinə bərabərhüquqlu yanaşmalıdır. Birinin ərazisinin böyük, digərinin kiçik olması o demək deyil ki, digər dövlətə yuxarıdan aşağı baxmalıdır. Müasir beynəlxalq münasibətlərdə bu yanaşma yoxdur. Ukraynada davam edən müharibədə biz bunu gördük.
Proseslərin əsas xüsusiyyəti bərabərhüquqluluq olmaqla yanaşı, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına hörmətdən ibarətdir. İranın Azərbaycanla bağlı bəhanələri gülüş doğurur. Əgər İran ikitərəfli münasibətləri səhmana salmaq istəyirsə, Qarabağ və Ermənistanla olan siyasətində dəyişiklik etməlidir. Əks təqdirdə münasibətlərimiz qeyri-sabit qalmaqda davam edəcək”.