-
- 9-12-2022, 17:26
- 309
“İran Azərbaycana bal desə də, baltasını itiləməkdən ƏL ÇƏKMİR" - ŞƏRH
“İran-Azərbaycan münasibətlərinin mövcud gedişatında demək olar ki, heç bir yenilik yoxdur. Tərəflər arasında gərginlik hələ də qalmaqdadır. Ümumiyyətlə İranda etiraz aksiyaları davam etdikcə, rəsmi Bakı molla rejiminin sözdə qırmızı xətini heçə saydıqca çətin ki, düzəlsin”.
Bunu News24.az-a açıqlamasında İrandakı hadisələri şərh edən siyasi şərhçi Turan Rzayev deyib.
O bildirib ki, İran tərəfi müəyyən mənada münasibətlərin normallaşmasına çalışır, lakin bu da gözdən pərdə asmaq cəhdindən başqa bir şey deyil: “DTX-nın keçirdiyi son əməliyyatlar İranın Azərbaycandakı agentura şəbəkəsinə ciddi şəkildə ziyan vurdu. Rəsmi Tehran Azərbaycandakı dayaqlarını itirməmək üçün gərginliyi azaltmağa çalışır. Lakin buna paralel olaraq trolları vaxtaşırı teleqram kanalları vasitəsilə Bakıya hədə-qorxu gəlməkdən də çəkinmir.
Məsələn, noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Bundan başqa rəsmi Tehran bu ilin oktyabr ayında gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir. Diqqətçəkən məqam budur ki, raketlər Ermənistana hədiyyə olaraq verilib.
Göründüyü kimi Tehran hakimiyyəti bir yandan bal desə də, baltasını da itiləməkdən əl çəkmir. Hesab edirəm ki, İran-Azərbaycan münasibətləri bir də əvvəlki səviyyəsinə qayıtmayacaq. Rəsmi Bakının 30 il sonra İsraildə səfirlik açması da bunu təsdiq edir. İran bu gün faktiki olaraq Azərbaycanı özünün itirilmiş şimal əyaləti hesab edir. Bu reallıqlar fonunda münasibətlərin normallaşmasından söhbət belə gedə bilməz”.