Azərbaycanda dəhşətli hadisə:  Benzin töküb özünü yandırdı
    • 10-12-2022, 13:42
    • 212

Azərbaycanda dəhşətli hadisə: Benzin töküb özünü yandırdı

Sabirabad rayon sakini intihara cəhd edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad şəhəri E.Qəmbərov küçəsi 34 ünvanında baş verib. Həmin evdə yaşayan Sabirabad şəhər sakini, 1986-cı il təvəllüdlü Yaşar İsgəndər oğlu Daşdəmirov üstünə benzin tökərək od vurub.

Ağır yanq xəsarətləri alan 36 yaşlı kişi xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Taleh BAĞIROV