-
- 12-12-2022, 11:24
- 289
40 nəfərlik dəstə ərə getmək istəməyən qızı qaçırdı
Hindistanın Telanqana əyalətində 40 nəfərdən ibarət dəstə evlənməkdən imtina edən qadının evinə girərək onu qaçırıblar.
News24.az xəbər verir ki, Vaişali adlı 24 yaşlı qadın onu pulla ələ almağa və müxtəlif bahalı əşyalar hədiyyə etməyə çalışan sahibkar Navin Reddinin təklifini dəfələrlə rədd edib. Daha sonra isə sahibkar sosial şəbəkədə qadını təhqir etməyə başlayıb.
İstəyi baş tutmayan N.Reddi ən sonda onu qaçırmaq qərarına gəlib.
Xoşbəxtlikdən polis əməkdaşları qadını xilas edə biliblər. Sözügedən dəstənin isə 18 üzvü polis tərəfindən saxlanılıb. /Daily Star/
Teymur Məmmədov