-
- 30-08-2022, 21:00
- 1 124
Azərbaycanda ana körpənin burnunu təmizləmək istədi, sancaq işilib qaldı- FOTO
Şəkildəki körpənin valideyni uşağın burnunu sancaqla təmizləmək istəyərkən sancaq əlindən çıxıb. Sancağı çıxartmaq üçün körpə endoskopiya,bronxoskopiya olunub.
Körpələrin burnunu təmizləmək üçün heç bir yad cism buruna salınmamalıdır.
Bununla bağlı açıqlama verən həkim-pediatr Gülnar İslamzadə uşaqlarda burnu təmizləmək üçün valideynlərə bir neçə tövsiyyələrini bildirib
Həkimin sözlərinə görə ilk öncə otağın havası sərin olmalıdır. İsti və quru havada burunun selikli qişası tez quruyur.
"Gündəlik təmizlik üçün dəniz suyu damcıları və ya natrixlor 0.9% istifadə etmək lazımdır. Burun aspiratoru vasitəsilə də burunu təmizləmək olar. Bunun üçün öncə buruna dəniz suyu damcıları damlatmaq, sonra təmizləmək lazımdır.
Burun təmizliyini ən rahat uşaqları çimizdirdikdən sonra etmək mümkündür. Buruna daxil olan su selikli qişanı nəmləndirir. Quru salfet ilə, göbək çöpü (qulaq çöpü) ilə kirləri təmizləyə bilərsiniz. Körpələrdə burun keçəcəyi dar və qısa olduğu üçün tez tıxanır. Yeni doğulmuşlar tez-tez asqıraraq burunlarını təmizləyirlər. Əgər uşaq xəstə deyilsə, kifayət qədər maye qəbul edirsə bir neçə dəfə asqırmaqla burnunu təmizləmiş olurlar.
Burun tıxanıqlığı körpələrdə yuxusuzluq, narahatlıq, iştahsızlıq, əmmədə çətinliyə səbəb ola bilir" - deyə həkim-pediatr Gülnar İslamzadə qeyd edib. /Press.az/