Futbol şənlikləri faciə ilə nəticələndi: 14 yaşlı oğlan maşının altında qaldı
    • 15-12-2022, 16:36
    • 203

Futbol şənlikləri faciə ilə nəticələndi: 14 yaşlı oğlan maşının altında qaldı

Fransa-Mərakeş oyunundan sonra Fransada keçirilən şənliklər insan itkisi ilə nəticələnib. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, şənliklər zamanı 14 yaşlı yeniyetmə maşının altında qalaraq dünyasını dəyişib. 

Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü hadisə yerindən qaçıb. Axtarışlar davam edir. 

Qumral Əliyeva