ABŞ ordusu Ukrayna əsgərlərinə TƏLİM KEÇƏCƏK
    • 16-12-2022, 13:17
    • 190

ABŞ ordusu Ukrayna əsgərlərinə TƏLİM KEÇƏCƏK

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder vurğulayıb ki, ABŞ ordusu Almaniyada Ukrayna əsgərlərinə xüsusi silah təlimləri, batalyonlarda hərtərəfli manevr və silahdan istifadə təlimlərini verməyə başlayacaq.

News24.az xəbər verir ki, mətbuat konfransında açıqlama verən Rayder ABŞ-ın Avropa və Afrika Quru Qoşunları Komandanlığının Almaniyada Ukrayna ordusu üçün təlimlərini genişləndirəcəyini bildirib.

Rayder “Birgə Manevr və Qarışıq Silah Təlimi”nin ABŞ əsgərlərinin Ukrayna qoşunlarına verilən xüsusi silah və avadanlıq təliminə əlavə olacağını deyib.

O, qeyd edib ki, təlim proqramında hər ay təxminən 500 Ukrayna əsgəri iştirak edəcək. 

Sözçü vurğulayıb ki, təlim yanvar ayında başlayacaq və bir neçə həftə davam edəcək.