Lionel Skaloni: “Fransaya qarşı necə oynayacağımızı bilirik”
    • 17-12-2022, 23:32
    • 233

Lionel Skaloni: “Fransaya qarşı necə oynayacağımızı bilirik”

Futbol üzrə Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Qətərdəki dünya çempionatının finalında Fransaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mundialda indiyə qədər azarkeşlərimizi sevindirməyi bacarmışıq. Ümid edirəm ki, dünya çempionu olmaqla bu sevincin davamını gətirməyi bacararıq. Bu, möhtəşəm olar. Fransaya qarşı necə oynayacağımızı bilirik. Dünyadakı ən yaxşı tərəfdarlara sahib olduğumuza inanıram. Onların sevincə ehtiyacı vardı. Biz də bunu onlara verməyə çalışırıq.

Hər iki komandada oyunun gedişatına təsir edə biləcək çoxlu oyunçu var. Bu, təkcə Messi və Mbappenin oyunu yox, iki komandanın qarşılaşması olacaq. Yalnız Mbappeni yox, bütövlükdə rəqibi necə dayandırmaqla bağlı müəyyən planlarımız var. Bu, Messinin Argentina yığmasındakı son matçı olacaqsa, kuboku qazanmağımız daha böyük önəm kəsb etməlidir. Bunun dadını çıxarmaq üçün dünya çempionatının finalından daha yaxşı bir senari ola bilməz”.