"Oskar" mükafatlı iranlı aktrisa həbs edildi
    • 19-12-2022, 10:22
    • 281

"Oskar" mükafatlı iranlı aktrisa həbs edildi

"Satıcı" filmindəki rolu ilə tanınan "Oskar" mükafatlı iranlı aktrisa Təranə Əlidusti nümayişçilərə dəstək verdiyini üçün həbs edilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, dövlət mediası 38 yaşlı aktyorun “saxta xəbər yaymaq” ittihamı ilə həbs edildiyini bildirib.  

Belə ki, aktrisa edam edilən Muhsin Şəkari ilə bağlı instaqram hesabında “Bu qətliamı izləyən və tədbir görməyən hər bir beynəlxalq təşkilatın fəaliyyəti insanlığa rüsvayçılıqdır” deyə yazıb. Bundan sonra aktrisanın səkkiz milyondan çox izləyicisi olan instaqram hesabı bağlanıb.

Qumral Əliyeva