Rusiyalı oliqarx müəmmalı şəkildə öldü
    • 19-12-2022, 15:12
    • 134

Rusiyalı oliqarx müəmmalı şəkildə öldü

Rusiyalı oliqarx müəmmalı şəkildə həyatını itirib.

News24.az
xəbər verir ki, daşınmaz əmlak maqnatı Dmitri Zelenov dostları ilə şam yeməyinə çıxıb. Özünü yaxşı hiss etməyən Zelenov pilləkənlərlə çıxarkən yıxılıb və kəllə-beyin travması alıb. Xəstəxanaya çatdırılan oliqarxı həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zelenov vaxtilə Moskvanın ən mühüm daşınmaz əmlak investisiya və inkişaf institutlarından biri olan “Don-Stroy”un həmtəsisçisi olub. O, 2008-ci ilə qədər müntəzəm olaraq "Forbes" jurnalının ən zəngin ruslar siyahısında idi.

Qumral Əliyeva