-
- 20-12-2022, 16:51
- 238
Elxan Nuriyev azadlığa buraxıldı
Bu il oktyabrın 1-də Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.
News24.az xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Onun “Qaranquş” dəstəsinin rəhbəri kimi bir sıra şəxslərin qətlini sifariş verməsi barədə məlumatlar yayılıb./qafqazinfo.az