"Bizim ali təhsil müəssisələri tələbəyə "yeriyən pul" kimi baxır" - Təhsil eksperti
    • 20-12-2022, 17:17
    • 866

"Bizim ali təhsil müəssisələri tələbəyə "yeriyən pul" kimi baxır" - Təhsil eksperti

"Hər biri universitetin öz daxili qaydaları var. Əlbəttə, nizamlama prosesini özləri bilər. Lakin ali təhsil müəssisələrinin bəzilərinin yeməkxanlarında qiymətlər "od tutub yanır" ".

Bu fikirləri News24.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, universitetlər hansısa məhsulu satışa çıxaranda bunun alıcılıq qabiliyyətini də nəzərə almalıdırlar: "Əgər bu məhsul konkret tələbələr üçün nəzərdə tutulubsa, deməli, qiymət məsələsini onların vəziyyətinə görə tənzimləmək lazımdır. Dünyanın əksər ölkələrində tələbələrə müəyyən güzəştlər olunur. İstər təhsil haqqında, istər yataqxana ilə təmin olunmasında, istərsə də qidalanma kimi məsələlərdə mühüm güzəştlər tətbiq edilir.

Yeganə bizim ali təhsil müəssisələrinin bəziləri tələbəyə "yeriyən pul" kimi baxır. Bu, düzgün yanaşma deyil!".