Əfqanıstanda qadınların ali təhsil alması qadağan edildi
    • 21-12-2022, 01:50
    • 164

Əfqanıstanda qadınların ali təhsil alması qadağan edildi

Əfqanıstanda qadınların ali təhsil müəssisələrinə daxil olmasına icazə verilməyəcək.
 
News24.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
 
Taliban hərəkatının nəzarəti altında olan nazirlik bildirib ki, qadın tələbələrin növbəti bildirişə qədər ölkə universitetlərinə daxil olması qadağan edilib.
 
Dövlət və özəl universitetlərə Nazirlər Kabinetinin qərarına uyğun olaraq qadın tələbələrə girişi dərhal dayandırmaq tapşırılıb.