Qanunsuz ov edən şəxslər müəyyən olundu
    • 21-12-2022, 11:33
    • 144

Qanunsuz ov edən şəxslər müəyyən olundu

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Ağcabədi rayon sakinləri E.Əliyev, Ə.Qasımov və Ş.Həsənovun Ergi düzü ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.