Balıq susmalı, Əqrəb dincəlməli, Buğa isə pulunu... - 22 dekabr üçün ULDUZ FALI
    • 22-12-2022, 10:47
    • 309

Balıq susmalı, Əqrəb dincəlməli, Buğa isə pulunu... - 22 dekabr üçün ULDUZ FALI

Astroloqlar 22 dekabrda bürcləri nələrin gözlədiyini açıqlayıblar. 

News24.az astroloji proqnozu təqdim edir:

Qoç
Qoçlar uzun müddətdir təxirə saldıqları işləri görməlidirlər. Bu, çox güman ki, şəxsi və ya ailə problemləri ilə bağlıdır.

Buğa
Maliyyə məsələlərinə diqqət yetirməlidir. Məsələn, bu gün gərəksiz alış-verişlərdən imtina etməlisiniz.

Əkizlər
İşi çox olacaq. Rəhbərliyin tapşırıqları onların üzərinə düşəcək. Sənədlərlə işləməyə ehtiyac olacaq. Bəlkə də bu gün onlar hesabat verəcəklər.

Xərçəng
Bu bürcün nümayəndələrinin əhvalı yaxşı olacaq. Bütün günü rahat, stress olmadan, gündəlik vəzifələri yerinə yetirməklə keçirəcəklər.

Şir

Ailədəki mövcud vəziyyət narahatlıq yaradır. Lakin dekabrın 22-də onları çox sevindirəcək və motivasiya edəcək bəzi xəbərlər olacaq. 

Qız
Qızlar çox diqqətli olmalıdırlar. Bu gün onları aldatmaq istəyəcəklər.

Tərəzilər
Ailə problemlərini həll edəcək. Ola bilsin ki, övladı xəstələnəcək və ya kömək etmək üçün valideynlərinin yanına getməli olacaqlar.

Əqrəb
Bu insanlar işi bir kənara qoymalı, kifayət qədər yatıb dincəlməlidirlər. Bu edilmədikdə, emosional gərginlik artacaq.

Oxatan
Oxatanların özlərini yalançı ümidlərlə əhatə etməmələri vacibdir. Zərər görməmək üçün situasiyalara ayıq baxmaq tövsiyə olunur.

Oğlaq
Cümə axşamı Oğlaqlar çox yaxşı əhval-ruhiyyədə olacaqlar! Onları gün ərzində motivasiya, təbəssümlər və zarafatlar müşayiət edəcək.

Dolça
Dolçaları alış-veriş gözləyir. Onlar Yeni il alış-verişinə gedə və ya yaxınlarına hədiyyə seçə bilərlər.

Balıqlar
Balıqlar susmalıdırlar, çünki bu gün onların hər hansı bəyanatı 100 faiz onlara qarşı istifadə olunacaq. /Unian.net/

Teymur Məmmədov