FİFA-dan Nüsrətlə bağlı araşdırma - Kuboku havaya qaldırdığı üçün...
    • 23-12-2022, 09:46
    • 152

FİFA-dan Nüsrətlə bağlı araşdırma - Kuboku havaya qaldırdığı üçün...

Dünyaca məşhur türk aşpaz Nüsrət Gökçənin Argentina Milli Komandasının Dünya Kubokunda iştirak sevinci Lionel Messinin uğuru qədər danışılıb.

News24.az xəbər verir ki, Nüsrətin meydana girib futbolçuları sıxması ayrı müzakirə mövzusu olsa da, onun akkreditasiya vəsiqəsini necə alması sərt ittihamlara səbəb olub.

FİFA-nın komitəsi dünya çempionatının finalından sonra Nüsrətin meydançaya daxil olub kuboku havaya qaldırması ilə bağlı araşdırmaya başlayıb.

Bildirilib ki, "Salt Bae" ləqəbli aşpazın FİFA ilə heç bir kommersiya əlaqəsi yoxdur və ona meydana buraxan işçilər də cəzalandırılacaq.

Məşhur aşpaz kuboka toxunmaqla belə FİFA qaydalarını pozub. 

FİFA-nın Dünya Kuboku qaydasında deyilir: "Mövcud Dünya Kubokunun dizaynı 1974-cü ilə aiddir. Dünyanın ən tanınan idman simvollarından biri və əvəzolunmaz ikona kimi, orijinal FIFA Dünya Kubokuna yalnız qaliblər, keçmiş qaliblər və klub rəhbərləri və dövlət başçıları toxuna və əllərində tuta bilərlər". /Haber Global/

Teymur Məmmədov