Güclü qar 8 nəfəri öldürdü
    • 23-12-2022, 12:18
    • 163

Güclü qar 8 nəfəri öldürdü

Yaponiyanın müxtəlif bölgələrində yağan güclü qar nəticəsində baş verən fəlakət və qəzalarda 8 nəfər ölüb, 45 nəfər yaralanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, qar yağması səbəbindən elektrik enerjisi kəsilib, sürətli qatarların hərəkətində fasilələr yaranıb. Magistral yollarda 30 kilometrə yaxın tıxac yaranıb.

Yağıntıların intensiv olduğu Yapon dənizi ilə həmsərhəd ştatlarda zərurət olmadıqca çölə çıxmamağa çağırış edilib.

Qumral Əliyeva