Pakistanda intihar əleyhinə qanunu ləğv edilir
    • 26-12-2022, 10:20
    • 136

Pakistanda intihar əleyhinə qanunu ləğv edilir

Pakistan müstəmləkə dövründən qalma intihar əleyhinə qanunu ləğv etmək üçün ölkənin cinayət qanununa dəyişiklik edir.

News24.az xəbər verir ki, "Pakistan Xalq Partiyası"nın təqdim etdiyi düzəliş üç ay əvvəl parlamentin yuxarı palatası tərəfindən təsdiqlənib.

Əvvəlki qanunvericiliyə görə intihara cəhd bir ilədək həbs, cərimə və ya hər ikisi ilə cəzalandırılırdı.

Pakistanın baş naziri Şahbaz Şərifin yaxın köməkçisi Salman Sufi düzəlişi alqışlayıb və inthara cəhd edənlərin köməyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, bəzi ölkələrdə intihar hələ də cinayət sayılır. /AFB/

Teymur Məmmədov