Baş Prokurorluq: " İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb"
    • 22-07-2022, 11:39
    • 219

Baş Prokurorluq: " İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb"

Baş Prokurorluqda hazırda keçirilən Geniş Kollegiya İclasında bildirildi ki, intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalmışdır. 

 News24.az xəbər verir ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalmışdır. 

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.