Bayden Nyu-Yorkda fövqəladə vəziyyət elan etdi
    • 27-12-2022, 11:13
    • 152

Bayden Nyu-Yorkda fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.

News24.az xəbər verir ki, buna səbəb qar fırtınası olub. 

Qeyd olunur ki, Bayden Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə və Daxili Təhlükəsizlik Departamentinə qar fırtınasından zərər çəkmiş ştata yardım göstərmək üçün səyləri əlaqələndirmək səlahiyyəti verib.

Teymur Məmmədov