Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlandı
    • 27-12-2022, 17:17
    • 160

Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlandı

Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlanıb.

News24.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş (dərs) günü - dərs beşgünlük müəssisələrdə yanvarın 5-dir.

O vurğulayıb ki, altıgünlük müəssisələrdə isə şagirdlər yanvarın 4-də dərsə gedəcəklər.