-
- 28-12-2022, 10:18
- 448
"Paşinyanla Kremlin emissarı Vardanyan arasında qarşıdurma yaranıb" - Elçin Xalidbəyli
"Ermənistan hazırda sülh prosesindən yayınma taktikasına üstünlük verir. Rəsmi İrəvan indiki situasiyada sülh danışıqlarının Ermənistanın maraqlarına uyğun olmadığını düşünür. Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlarda Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsi şərtini irəli sürərək, Brüssel görüşündən yayınır. O, artıq fərqli situasiya yaratmağa başlayıb. Rəsmi İrəvan bundan sonra bütün səviyyələrdə müzakirə ehtimalının arxa plana keçirilməsinə çalışır. Rəsmi İrəvan Şuşa-Xankəndi yolundakı vəziyyəti bəhanə edərək, xarici işlər nazirlərinin görüşündə də iştirak etmədi".
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Analitik qeyd edib ki, böyük ehtimalla
Ermənistan xarici himayədarlarının təlimatları ilə hərəkət etməyə başlayıb:
"Ermənistanın davranışlarına Rusiya ilə mövcud olan problemlərin də təsiri olmamış deyil. Hazırda Paşinyan hakimiyyəti Şuşa-Xankəndi yolundakı aksiyadan yalnız Azərbaycana qarşı deyil, elə Rusiyanın da əleyhinə istifadə etməyə cəhd göstərir. Rəsmi İrəvan Rusiyanı və rus sülhməramlıları üçtərəfli anlaşmaları pozmaqda suçlayır. Əslində, bütün bunlar onu göstərir ki, Ermənistan və Rusiya arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Üstəlik, bu ziddiyyətlər Ermənistanda hakimiyyət uğrunda mübarizənin olduğunu da ortaya çıxarır. Erməni siyasi elitası hesab edir ki, Rusiya erməni fırıldaqçı Ruben Vardanyanı Azərbaycanın Xankəndi şəhərinə göndərməklə, onu Paşinyan hakimiyyətinə alternativ kimi hazırlayır. Bu səbəbdən Paşinyan hakimiyyəti ilə Kremlin təxribat emissarı Vardanyan arasında müəyyən qarşıdurmanın olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, baş nazir Nikol Paşinyanın arvadı Anna Hakopyanın Araik-Vardanyan cütlüyünü Xankəndi və ətraf bölgədə azyaşlı uşaqları öz siyasi məqsədləri üçün istismar etməkdə suçlaması erməni toplumunda daxili ziddiyyətlərin artıq ən yüksək səviyyəyə çatdığını göstərir".
Pilitoloq hesab edir ki, belə vəziyyətdə üçtərəfli görüşlərin keçirilməsi Paşinyan hakimiyyətinə sərfəli deyil:
"Çünki Ermənistan sülh prosesində diqtə olunan şərtləri icra etmək məcburiyyətində qalan tərəfdir. Rəsmi Bakının diqtə etdiyi şərtlərin icrası isə Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində dayaqlarını daha da zəiflədir. Eyni zamanda, rəsmi İrəvan hələ də ümid edir ki, beynəlxalq himayədarlarının dəstəyi ilə mövcud situasiyanı öz xeyrinə dəyişməyə nail ola bilər. Halbuki bunun mümkün ola biləcəyini sezdirən heç bir əlamət yoxdur. Əksinə, zaman Ermənistanın əleyhinə işləyir. Böyük ehtimalla yaxın vaxtlarda Azərbaycan Ermənistanın bu reallığı anlaması üçün növbəti dəfə "dəmir yumruq" taktikasından istifadə etməli olacaq".
Aynurə