-
- 28-12-2022, 12:10
- 408
Bakıda ŞOK ƏMƏLİYYAT: Məşhur səhifələri işlədən admin HƏBS EDİLDİ
Azərbaycanda teleqram sosial şəbəkəsində on minlərlə izləyicisi olan “Tərbiyəsiz qızlar ifşa”, “Bax, amma sil” və “Bədbəxt kişilər klubu” adlı pornoqrafik məzmunlu teleqram kanallarının admini Faiq İslamov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, o, bir neçə qızın şikayəti əsasında tutulub. 1997-ci il təvəllüdlü Faiq İslamovun barəsində Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 182 (Hədə-qorxu ilə tələb etmə) və 242-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi açılıb.
Aparılan istintaq tədbirləri zamanı müəyyən edilib ki, Faiq adları çəkilən səhifələrdə gənc qızların çılpaq görüntülərini yayıb. O, görüntülərin silinməsini istəyən qızların biri ilə 28 May metrostansiyası yaxınlığında – Səməd Vurğun bağında görüş təyin edib. Görüş zamanı Faiq görüntülərin silinməsi müqabilində qızdan seksual xarakterli hərəkətlər etməsini tələb edib və onu yaxınlıqdakı yaşayış sahəsinə dəvət edib. Bu zaman o, gənc qızı döyərək zorla onunla cinsi əlaqədə olub.
Bundan başqa Faiqin Münəvvər və Gülarə adlı qızlardan da teleqram kanallarına yerləşdirdiyi görüntülərin silinməsi və daha da yayılmaması qarşılığında 500 manat tələb etməsi üzə çıxıb.
Qızlar Faiqin hədə və şantajlarının, həmçinin cinsi əlaqədə olmaq istəklərinin davam etdiyini görərək bu barədə ailələrinə və polisə bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə Faiq İslamov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Taleh BAĞIROV