Futbol dünyasından Pele üçün başsağlığı
    • 30-12-2022, 11:00
    • 206

Futbol dünyasından Pele üçün başsağlığı

Xəbər verdiyimiz kimi, Braziliyanın əfsanəvi futbolçusu Pele müalicə aldığı xəstəxanada 82 yaşında dünyasını dəyişib.

Acı xəbərdən sonra futbol dünyasının ulduzları ardıcıl paylaşımlar ediblər. 

News24.az xarici KİV-ə istinadla həmin paylaşımları təqdim edir: 

Ronaldo:"Yaddaşınız əbədi olaraq yaşayacaqsan. Rahat yat Kral Pele"

Neymar:"Peledən əvvəl 10 sadəcə bir rəqəm idi. Bu cümləni hardasa, həyatımın bir dönəmində oxumuşam. Deyə bilərəm ki, Peledən əvvəl futbol sadəcə idmandı. Pele hər şeyi dəyişdi. O, futbolu incəsənətə və əyləncəyə çevirdi. Kasıblara, qaradərililərə və daha çox Braziliyaya görünmə imkanı verdi. Futbol və Braziliya Kralın sayəsində statuslarını yüksəltdi! O getdi, amma sehri qaldı. Pele əbədidir!"

Josef: "Pele bəlkə də dünya futbolunun heç vaxt unudulmayacaq ən böyük əfsanəsi idi."

Vincenzo Montella: "Daha bir əfsanəni itirdik. O, uzun müddət mübarizə aparırdı, amma alınmadı."

Kylian Mbappe:"Futbolun kralı bizi tərk etdi, lakin o, heç vaxt unudulmayacaq.

Enner Valensiya : "Rahat yat Pele"

Lionel Messi : "Rahat yat"

Beşiktaş : "Əfsanə, ikona, kral. Futbol səni heç vaxt unutmayacaq, Pele."

Braziliya Futbol Federasiyası : "Kral Pele"

Santos: "Forever"

Manchester United : "Rahat yat Pele. Xoşbəxtlik üçün təşəkkür edirəm".

Qumral Əliyeva