"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yandı
    • 3-01-2023, 14:29
    • 151

"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonlar yandı

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus stansiyada vaqonlar yanıb.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.