Ötən gün Qobustanda qəzada ölən sürücünün FOTOSU
    • 4-01-2023, 13:43
    • 193

Ötən gün Qobustanda qəzada ölən sürücünün FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası baş verib. Qəza ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

News24.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd olunub ki, hadisə zamanı ölən şəxs Nizami Qədir oğlu Heydərovdur.
 
Qəzada ölən sürücünün fotosunu təqdim edirik: