Kəlbəcərdən dəhşətli xəbər gəldi: ÖLƏN VAR
    • 23-11-2022, 10:08
    • 165

Kəlbəcərdən dəhşətli xəbər gəldi: ÖLƏN VAR

Kəlbəcər rayonunda traktor aşıb, ölən var.

News24.az xəbər verir ki, hadisə noyabrın 18-də rayon ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report)