-
- 9-01-2023, 13:11
- 3 749
Bakı Dəmiryolu Vağzalının tualetində qanlı dava – Bıçağı qarnına soxdu
Ötən ilin iyun ayında Bakı şəhər Nəsimi rayonunda yerləşən Bakı Dəmiryolu Vağzalının tualetində bıçaqlanma hadisəsi törədən şəxsin məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, ictimai yerdə tanışını bıçaqlayan 1981-ci il təvəllüdlü Zaur Məmmədoviç (şərti) Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirləndirilib.
Araşdırma zamanı məlum olub ki, narkotik vasitə istifadəçisi olan Zaur 2 nəfərlə birgə vağzalın tualetində narkotik vasitə hazırlayıb. Bu zaman o, Yağmur adlı şəxslə yüksək səslə danışıb və qarşı tərəf onun səs tonuna irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Zaur tualetin pilləkənində bıçaqla Yağmura zərbə endirib.
Ekspertiza zamanı hadisəni törədən şəxsin narkotik aludəçisi olduğu məlum olub.
Hadisəni törədən şəxs Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.
Taleh BAĞIROV