-
- 19-03-2022, 16:30
- 2 132
Bakıda yerüstü piyada keçidində qanlı dava – Bıçaqlayıb qaçdılar
Bakı şəhər Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən dəmiryolu vağzalı ərazisindəki yerüstü piyada keçidində bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, ötən il oktyabrın 13-ü saat 22 radələrində paytaxt sakini Elnur Qədimov keçidlə hərəkət edərkən bir qrup şəxs onu ələ salıb. Belə ki, Elnurun keçdiyi vaxt 3-4 gənc ona söz ataraq söyüşlə zarafat edib.
Elnur onlardan həmin sözü kimə dediklərini soruşduqda, gənclər zarafatı Elnura ünvanlamadıqlarını deyiblər. Bundan sonra Elnur yoluna davam etmək isəyib, lakin gənclər yenidən ona tərəf söyüşlə zarafat edərək gülüşüblər. Bundan sonra geri qayıdan Elnur gənclərdən birinin yaxasından yapışıb.
Bu zaman 2003-cü il təvəllüdlü Fuad Əhmədov üzərindəki bıçaqla Elnurun qarnına zərbə endirib. Daha sonra dostlar uzaqlaşaraq qaçıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Fuad Əhmədov tutulub.
Martın 17-də F.Əhmədov barəsində açılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onun gənc olması, ilk dəfə cinayət törətməsi, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsi, həmçinin zərərçəkənin şikayətçi olmaması yüngül cəza almasında həlledici olub.