Ərdoğan İraqın Baş naziri ilə telefonla danışıb
    • 10-01-2023, 21:20
    • 337

Ərdoğan İraqın Baş naziri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yaylıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Prezident Ərdoğan İraqın sabitliyi və ərazi bütövlüyünə əhəmiyyət verdiyini, PKK-nın İraq torpaqlarında mövcudluğuna son qoyulmağının bu ölkənin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.