Bakı qarla bu tarixdən vidalaşır - Hava dəyişir - FOTO
    • 11-01-2023, 10:11
    • 130

Bakı qarla bu tarixdən vidalaşır - Hava dəyişir - FOTO

Bu gündən etibarən paytaxta qar yağışı dayanacaq. 

News24.az xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.

Tətbiqdə, saat 14:00-dan etibarən havanın nisbətən isinəcəyi, temperaturun 2 dərəcəyə qədər yüksələcəyi göstərilir. Sabah isə temperatur bir qədər də qalxaraq 5 dərəcəyə çatacaq. 

Qeyd edək ki, bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.