Bakıda təmir sexindən maşın qaçıran şəxs tutuldu
    • 13-01-2023, 11:00
    • 159

Bakıda təmir sexindən maşın qaçıran şəxs tutuldu

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən News24.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırma aparılır.