-
- 22-01-2019, 11:15
- 1 110
Məşhurlar "Sinema güzeli" üçün toplaşdı - o ulduzlar Bakıya gəlir - FOTOLAR
Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda baş tutacaq seçimləri ilə bağlı mətbuat konfransı keçirilib.
News24.az xəbər verir ki, aparıcı-aktrisa Aysel Nazim layihə rəhbəri olduğu müsabiqə ilə bağlı media nümayəndələrini və məşhur simaları bir araya toplayıb.
Qonaqları salamlayan aktrisa layihə haqqında geniş açıqlama verib:
“Belə bir layihənin rəhbəri olduğum və ölkəmizi təmsil etdiyim üçün çox qürurluyam. İlk seçim turumuz yanvar ayının 27-si Neşve restoranında baş tutacaq. Müsabiqədə 18-28 yaş arası oğlanlar və qızlar iştirak edə bilər. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, Anar Heybətov, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban, Çimnaz Sultanova və başqalarıdır.
Fevralın əvvəli isə Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat, Nuri Alco, Şenol İpek, Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək. Onlar iki nəfəri seçərək Türkiyəyə aparacaqlar. Seçimlərdə qələbə qazanan finalçılar Türkiyədə, Osman Yağmurdereli Sənət Akademiyasında pulsuz aktyorluq təhsili almaq imkanı əldə edəcəklər.
Onu da qeyd edim ki, seçim turlarına qatılmaq və ikinci tura qədər keçiriləcək dərslər, bir sözlə hər şey pulsuzdur. Biz heç kimdən pul tələb etmirik. Məqsədimiz aktyorluq qabiliyyəti olan gəncləri film dünyasına qazandırmaqdır”.
Aysel Nazim daha sonra ötən il ölkəmizdə də seçim edilən və oxşar adlı layihə olduğu üçün “Sinema güzeli” ilə səhv salınan yarışmadan da danışıb: "Bəli, ad oxşarlığı var. Bu da çaşqınlıq yaradır. Amma o layihə barədə xoş sözlər eşitmirik, müxtəlif ittihamlar var. Əməkdar artist Məlahət Abbasova da keçən ilki yarışma barədə ittihamlar səsləndirmişdi. Sonra bizə yazdı və xəbərdarlıq etdi. Dedi ki, insanlar aldadılır, yalan vədlərlə pulları alınır. Qarşı tərəf çıxıb açıqlama versin, jurnalistlər əlaqə saxlayıb. O isə danışmaqdan boyun qaçırıb.
Bəziləri isə bizim layihə ilə o layihəni səhv salır. Bu isə bizim üçün minusdur. Demək istəyirəm ki, bizi başqa layihə ilə səhv salmasınlar. Bizdə peşəkarlar toplaşıb və hər şey ödənişsizdir. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. "Sinema güzeli"nin hüquqları məndədir və hər şey qanunladır. Başlıca məqsədimiz də iştirak edən gənclərə Türkiyədə yol açmaqdır. Odur ki, özünə güvənən hər kəsi yarışmada özünü sınamağa dəvət edirik".
Müsabiqənin münsiflərindən olan Rəşad Kəsəmənli çıxışında bildirib ki, bu vaxta qədər adına xələl gətirən heç bir işə imza atmayıb:
"Puldan və fırıldaqdan söhbət gedə bilməz. Bizə maraqlıdır ki, müsabiqədə seçilən gənc ölkəmizi yüksək səviyyədə təmsil etsin və Türkiyədə bu sahə üzrə uğurlar qazansın".
Aktyor Rüfət Nəzər seçim turunda söhbət açıb: "Hər zaman istedadlı gənclərə yol açmağı özümüzə borc bilmişik. Bu layihəyə qatılmağı əsas səbəbi də budur. Aktyorluq qabiliyyəti və istedadı olan gəncləri gözləyirik. Ədalətli seçim olacaq. Tam disiplinli bir seçim və hazırlıq prosesi olacaq. 27-si ilk seçim turuna qatılacaq iştirakçılar hazırlıqlı, hər hansı səhnəcik, aktyorluq qabiliyyətini nümayiş etdirəcək iş ilə gəlsələr, yaxşı olar. Çünki aktyorluq qabiliyyətlərini ön planda tutub seçim edəcəyik. Hər kəsə uğurlar arzulayırıq".
Fotolar: Nəriman İSMAYILOV