"Stop"a stop - Nailin verilişi bağlanır
    • 3-10-2018, 15:17
    • 721

"Stop"a stop - Nailin verilişi bağlanır

Rejissor Nail Naiboğlunun aparıcısı və layihə rəhbəri olduğu "Stop" verilişini bağlanır. 

News24.az xəbər verir ki, bu haqda rejissorun özü məlumat verib:

""Stop" ömrünü yaşadı. Ən məşhur simalar verilişimdə qonaq olub və eksklüziv açıqlamalarını verdilər. Hər şeyi zamanında etmək lazımdır. Layihəni bağlamaq lazım idi mən də bağladım. Əvəzində isə yeni 21 adlı layihə gəlir.

Bu verilişdə də qonaqlar məşhurlar olacaq. Artıq ilk qonaq da bəllidir. Xalq artisti Faiq Ağayev olacaq. Layihə "MTV Azərbaycan" kanalında bazar günləri saat 11:00-da yayımlanacaq".