Azərbaycan və Türkiyə məşhurları  İstanbulda mükafatlandırılacaq
    • 30-11-2018, 13:55
    • 1 003

Azərbaycan və Türkiyə məşhurları İstanbulda mükafatlandırılacaq

Dekabrın 18-də İstanbulda II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri mükafatlandırma gecəsi keçiriləcək.

News24.az xəbər verir ki, məqsədi iki qardaş ölkənin ən yaxşılarını seçmək olan gecə ”Eresin Hotels Topkapı”’da baş tutacaq.

Siyasətçilər, iş adamları və sənətçilərin mükafat alacağı tədbirə qatılanlar arasında türkiyəli məşhurlar Seren Serengil, Yılmaz Morgül, Cengiz Semercioğlu, Yaşar İpek, Wilma Elles, Selin Ciğerci, Ezo, Hakan Peker, Altan Gördüm yer alır.

“BHS Group”un rəhbəri  Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimin təşkil etdiyi tədbirdə sosial yardıma ehtiyacı olanlar üçün addımlar da atılacaq. Ötən gün Atakan Taşur ilə birlikdə Kelebek Çocuklar Dərnəği tərəfindən mükafata layiq görüldüklərini deyən Aysel nazim xeyriyyə aksiyalarının davamlı olacağını, II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri sayəsində bir çox xəstə və imkansıza kömək olacaqlarını bildirib.

Qeyd edək ki, tədbirin  aparıcılığını Merve Akıncı və Şəhriyar Əbilov edəcək.