-
- 16-01-2023, 14:37
- 14 955
Bakıda fəhlənin ŞOK ƏMƏLLƏRİ – İki qadına bir gecə üçün 900 dollar verdi
Bakıda işlədiyi avtoyuma məntəqəsində təmizlədiyi avtomobildən 7790 manat oğurlayan şəxs həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində yerləşən obyektdə baş verib. Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Fəzail Quliyev avtoyuma məntəqəsində Kənan İsmayılov adlı şəxsə məxsus bahalı BMW markalı avtomobili yuyarkən maşının salonundakı saxlanc yerində külli miqdarda pul olmasını görüb. O, vəsaitin üzərindən 2700 dollar və 3200 manatı (üzumilikdə 7790 azn) götürərək oğurlayıb.
Avtomobilin sahibi K.İsmayılov evə gedəndə pulun bir hissəsinin götürüldüyünü hiss edib və polisə şikayət edib. Bundan sonra Fəzail barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə iş açılıb. Hadisə barədə ifadə verən Kənan İsmayılov MİDA-da kreditlə aldığı evi 87 min manata satdığını və pulu avtomobildə saxladığını və BMW markalı maşını əvvəlcədən tanıyıb etibar etdiyi avtoyuma məntəqəsinə təqdim edərək restorana getdiyini deyib.
Cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadə verən Fəzail Quliyev də törətdiyi əməli etiraf edib. Lakin o, oğurladığı pulun qeyd edilən məbləğdə olmadığını əlavə edib.
F.Quliyev ələ keçirdiyi pulların böyük hissəsini eyş-işrətə xərclədiyini əlavə edib: “Hadisədən sonra Nəsimi rayonu 3-cü mikrorayon dairəsinə getdim. Oradakı kafelərdən birində yemək yeyib spirli içki qəbul etdim, oğurladığım pullardan orada səhv etmirsə, 200-300 manat məbləğində hesab ödədim. Daha sonra oradan çıxıb əxlaqsızlıqla məşğul olan qadınlardan biri ilə razılaşdım, onunla taksi ilə “Vulkan” adlı otelə getdik. Orada yenə də oğurladığım puldan 50 manat məbləğində qonaqlama haqqını ödədim.
Həmin qadınla oteldə yemək yeyib spirtli içki qəbul etdikdən sonra birlikdə gecələdik. Qadına mənimlə gecələməsi üçün 500 dollar məbləğində pul verdim. Oteldə xərclədiyim pulların məbləğini xatırlamasam da, oranı səhər saatlarında tərk edən zaman üstümdə 900 dollar və 900 manat pul qalmışdı. 12-13 radələrində ordan yenidən saat taksi ilə 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafeyə getdim. Yenidən orada adlarını bilmədiyim bir neçə masa xidmətçisi qadınla yemək yeyib spirli içki qəbul etdim. Səhv elmirsə, yenə 300-400 manat pul xərclədim. Oradan çıxdıqdan sonra təkrar yaxınlıqda dayanan başqa bir qadınla danışdım. Onunla birgə yenidən eyni otelə getdim. Bu dəfə otelə gecələmək üçün 50 manat, qadına isə 400 dollar verdim. Axşam saatlarında oteldən çıxıb taksi ilə çalışdığım avtoyuma məntəqəsinə gəldim. Ora gəldikdən sonra polis əməkdaşları gələrək törətdiyim oğurluq cinayət əməli ilə bağlı məni polis bölməsinə dəvət etdilər”.
Yasamal rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli hökmü ilə Fəzail Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.