-
- 17-01-2023, 10:47
- 266
Bakıda süpürgəçilik edən ər və 41 yaşlı arvadı dəhşət yaşadı
Bakıda süpürgəçinin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, ötən il iyulun 7-də Səbail rayonu Salyan şosesi 2 ünvanının qarşısında – Dövlət Bayrağı Meydanının önündə “Mercedes 190” markalı avtomobillə süpürgəçi qadını vurub öldürən 1972-ci il təvəllüdlü Mehman Babayevə hökm oxunub.
Səbail rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, süpürgəçi kimi çalışan 1981-ci il təvəllüdlü Pərvanə Ağayevanın yanında onunla birgə işləyən həyat yoldaşı da olub. Qəzada ağır yaralanan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, bir neçə gün sonra vəfat edib.
P.Ağayevanın əri, onun hüquqi varisi Səlim Ağayev məhkəmədəki ifadəsində hadisəni belə xatırlayıb: “Mərhum Pərvanə Ağayeva ilə birlikdə Bakı şəhəri Səbail rayonu 45 saylı MKİS-də süpürgəçi vəzifəsində işləyirdik. İyulun 7-də səhər saat 07:15 radələrində onunla birgə Bayıl qəsəbəsi, Yeni Salyan yolu 2-ci döngə yolunda, yolun sağ tərəfini təmizləyirdik. Həyat yoldaşım bir ayağını səkinin üzərinə qoyub digəri ayağını isə səki ilə asfalt yolun sərhədini müəyyən edən ağ xəttin arasına qoyaraq təmizlik işini görürdü.
Mən isə arvadımın yanında durub ona kömək edirdim. Bu anda qəflətən Pərvanənin yüksək səslə “ana” sözü dediyini eşidib geri çevrilən zaman qara rəngli “Mercedes Benz 180” markalı avtomobilin sol tərəfi ilə Pərvanəni vurduğunu və zərbənin təsirindən Pəravənin üzərimə tərəf gəldiyini gördüm. Qollarımı açaraq onu havada tutmaq istəsəm də, tuta bilmədim, Pərvanə üzərimdən keçərək səkinin üzərinə kürəyiüstə zərblə düşdü. Dərhal Pərvanəyə yaxınlaşıb başından tutdum, başından qan axdığını gördüm. Ətrafdakı insanlar yaxınlaşıb, qanaxmanı saxlamağa çalışdılar. “Mercedes”in sürücüsü də bizə yaxınlaşdı. Bir müddət sonra təcili yardım avtomobili gəldi və Pərvanəni xəstəxanaya apardıq. Orada müalicə davam etsə də, 23 iyul 2022-ci il tarixdə həyat yoldaşım vəfat etdi. Təqsirləndirilən şəxs mərhum həyat yoldaşımın yas mərasimi ilə əlaqədar maddi və mənəvi köməklik göstərdiyindən onunla barışmışıq və ona qarşı şikayət və tələbimiz yoxdur”.
Səbail rayon Məhkəməsinin 6 yanvar 2023-cü il tarixli hökmü ilə Mehman Babayev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitəlsinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. O, 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi bildirilib.
Taleh Bağırov