"Ermənistan qızıl və mis yataqlarının istismarı ilə məşğul olub"
    • 17-01-2023, 11:18
    • 162

"Ermənistan qızıl və mis yataqlarının istismarı ilə məşğul olub"

“İşğaldan azad edilən ərazilərimizdə erməni rejimi əsasən qızıl və mis yataqlarının istismarı ilə məşğul olub. Bu işdə 30-a yaxın ölkə şirkəti iştirak edib. Özünü demokratik ölkə adlandıran Kanada, ABŞ, isveçrə, ingiltərənin tanınmış şirkətləri bu işin icraçılarından olub.”

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, əsas istismar Kəlbəcərdə yerləşən Söyüdlü və Zod qızıl yatağında, Zəngilanda yerləşən Zeynəlidə olub. Sonuncu dəfə isə istismar edilən qızıl yataqlarımızdan Dəmirçi və Qızılbulaq olub.


Qumral