Kanalizasiya qapaqlarına qənim kəsilən şəxs HƏBS EDİLDİ
    • 17-01-2023, 14:47
    • 126

Kanalizasiya qapaqlarına qənim kəsilən şəxs HƏBS EDİLDİ

Gəncə dəmir yolu vağzalı ərazisindən 7 ədəd kanalizasiya qapağının oğurlanması barədə polisə məlumat daxil olub.
 
Bu barədə News24.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Gülşad Ağasiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.