-
- 18-01-2023, 17:29
- 374
Flaminqoların məskənindən FOTOLENT
Abşeron Milli Parkı Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan füsunkar təbiət ərazisidir.
2005-ci ildə yaradılan parkda quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
News24.az Abşeron Milli Parkından olan görüntüləri təqdim edir:
Fotolar Teymur MƏMMƏDOV