Bakıda yaşayış binasında yanğın OLDU
    • 18-01-2023, 18:38
    • 168

Bakıda yaşayış binasında yanğın OLDU

Bakı şəhərinin Səbail rayonunda yaşayış binasında yanğın olub.

FHN-dən News24.az-verilən məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 43 m² olan mənzilin 1 otağında ev əşyaları 17 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.