Almaniya Ukrayna qərarını verdi: Tankları yalnız bu şərtlə göndərəcək...
    • 19-01-2023, 10:19
    • 192

Almaniya Ukrayna qərarını verdi: Tankları yalnız bu şərtlə göndərəcək...

Müharibənin ilk günlərindən Kiyevi hədəf alan, lakin həftələrlə davam edən mühasirəyə baxmayaraq, məqsədinə nail ola bilməyən Rusiya hədəfini şərqə çevirib. Ölkənin şərq bölgələrində şiddətlənən müharibədə Ukrayna Qərbdən gələn silahların köməyi ilə müqavimətini davam etdirir.

News24.az xəbər verir ki, qızğın müharibə fonunda Ukraynanın alman istehsalı olan tanklarla bağlı gözləntisinə Berlindən cavab gəlib.

Bu barədə ölkənin yerli mediası məlumat yazıb.

Alman mətbuatının yazdığı məlumatlara görə, ABŞ də eyni addımı atacağı təqdirdə Almaniya Ukraynaya tank verəcək.