Elçin Şıxlı Azər Zahidin verilişi haqqında:
    • 19-01-2023, 15:38
    • 654

Elçin Şıxlı Azər Zahidin verilişi haqqında: "Dünyanın hər yerində belədir..."

"İnsanlar bayağılıq istəyir. Ciddi adamlar ciddi verilişlərə baxır. Bu, yeni tendensiya deyil. Dünyanın hər yerində yüngül mövzular daha çox auditoriya toplayır. Çoxluq heç vaxt heç nə etməyib".

Bunu News24.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

O bildirib ki, cəmiyyətin bayağı mövzulara meyilli olması ciddi adamları narahat edir: "Ancaq buna normal yanaşmaq lazımdır. Çünki həmişə belə olub. Yüngül mövzulara daha çox adam baxıb. Ciddi mövzulara isə ciddi adamlar baxır. Cəmiyyətin həyatına təsir edənlər də məhz bu az adamlar olur".

Qumral Əliyeva